Azərbaycan milli komandasının AVRO-2016-nın seçmə mərhələsində çıxışı ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "İnter" yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “bankirlər” “Simurq”la qarşılaşıb.
“İnter Arena" stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Ölkə çempionatının VIII turunda evdə Zaqatala təmsilçisinin müqavimətini qıra bilməyən (0:0) “İnter” bu görüşdə də meydanı qol vurmadan tərk edib – 0:0.
Qeyd edək ki, Kaxaber Sxadadzenin yetirmələri Topaz Premyer Liqasının son 5 oyununda 1 xalla kifayətlənib. “İnter” 4 görüşdən qolsuz “sülh”lə ayrılıb.