“İnter”də braziliyalı futbolçu
27.12.2016 - 01:59
“İnter”də braziliyalı futbolçu

“Liverpul”un yarımmüdafiəçisi Lukas Leyva mövsümün ikinci dövrəsini Milan “İnter”ində keçirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə “La Gazetta della Sport” xəbər yayıb.

 

Xəbərdə 29 yaşlı dayaq yarımmüdafiəçisinin mövsümün sonuna kimi icarəyə verildiyi, müqavilənin tezliklə rəsmən açıqlanacağı qeyd edilib.

 

Qeyd edək ki, braziliyalı futbolçu cari mövsümdə “Liverpul”un heyətində 11 oyunda şans qazanıb.