“İnter”dən ayrılsa da, işsiz qalmayacaq
04.06.2017 - 23:03
“İnter”lə uğursuz mövsüm keçirən və mövsümün sonundan Milandan ayrılan Stefano Piolinin yeni iş yeri bəlli olub. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis “Fiorentina”nı çalışdıracaq.
Bu barədə “Football İtalia” nəşri xəbər yayıb. Onun Florensiya klubunun baş məşqçi postunda Paulo Souzanı əvəz edəcəyi qeyd edilib.
Anlaşmanın yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
0
0