"İnter" yenə 3 qol vurub, "Elfsborq"a rəqib oldu - YENİLƏNİB
10.07.2014 - 21:50
"İnter" yenə 3 qol vurub, "Elfsborq"a rəqib oldu - YENİLƏNİB

Bu gün Avropa Liqasının I təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, baş tutacaq cavab oyunlarından biri Bakıda baş tutub.

 

Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” 2014/15 mövsümündə ilk ev oyununu keçirİb. Paytaxt təmsilçisi Moldovanın “Tiraspol” klubunu qəbul edib.

 

Ötən həftə səfərdə 3:2 hesablı qələbə qazanan Kaxaber Sxadadzenin yetirmələri üstünlüyü qorumağa çalışıblar. İlk hissənin əvvəlində məğlub duruma düşən bakılılar ikinci hissənin sonunda dalbadal 3 qol vurublar. Bu qollardan 2-si penalti zərbəsi ilə vurulub. "Tiraspol" klubunun qapıçısı və müdafiəçisi isə qırmızı vərəqə alaraq müydandan qovulub.

 

Qeyd edək ki, “İnter” – “Tiraspol” cütünün qalibi növbəti mərhələdə İsveç təmsilçisi “Elfsborq”la qarşılaşacaq.

 

Avropa Liqası

I təsnifat mərhələsi, cavab oyunu

10 iyul

“İnter” (Azərbaycan) – “Tiraspol” (Moldova) - 3:1

Qollar: Daşdəmirov, 79; Sxadadze, 84; Hüseynpur; 90 - Bulat, 6

Qırmızı vərəqə: Georgiyev, 77; Japaridze, 83 ("Tiraspol")

Baş hakim: Marios Panayit (Kipr)

Bakı. “Şəfa” stadionu

İlk oyun – 3:2

İNTER: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 15. Yohan Bokonyano, 33. Matiya Şpiçiç, 6. Slavço Georgiyevski, 8. Mikel Alvaro, 11. Asif Məmmədov (k) (28. Baçana Sxadadze, 41), 21. Arif Daşdəmirov, 88. Derlis Meza Kolli, 27. Dieqo Madriqal (9. Mirzağa Hüseynpur, 78).

Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. İvan Benites, 7. Abdulla Abatsiyev, 17. Məhəmməd Mirzəbəyov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Kaxaber Sxadadze.

TİRASPOL: 25. Georgi Georgiyev (k), 5. Andrey Novikov, 7. Yevgen Zariçnyuk (9. Georgi Ovsyannikov, 71), 10. Oleq Molla, 13. Boqdan Hauşi, 15. Georgi Karaneyçev (11. Georgi Boqyu, 56), 16. Laşa Japaridze, 18. Marko Vidoviç, 23. Viktor Bulat, 27. Ademar, 77. Kirilo Sidorenko (8. Sergey Şapoval, 46).

Ehtiyat oyunçular: 12. Vladimir Livşit, 3. Erik Barroso, 14. Vadim Rata, 24. İqor Poyarçov.

Baş məşqçi: Vlad Qoyan.