“İnter”in fantastik təklifinə razılaşmadı, “Real”da qaldı
08.10.2016 - 16:06
Madrid “Real”ının futbolçusu Hames Rodriges İtaliyadan gələn təklifi geri çevirib. Apasport.az saytı xəbər verir ki, bu, yay transfer dövründə baş verib.
Belə ki, “İnter” kolumbiyalı yarımmüdafiəçiyə görə 85 milyon avro xərcləməyə hazır olub. İspanlar bu təklifi müsbət cavablandırsalar da, Rodriges “Real”dan ayrılmaq istəməyib.
Qeyd edək ki, Rodriges “Real” 2014-cü ildə “Monako”dan transfer olunub.
0
0