“Karragerə nifrət edirəm, Cerard isə eqoistin biridi”
30.12.2015 - 22:32
“Karragerə nifrət edirəm, Cerard isə eqoistin biridi”

“Liverpul”un keçmiş futbolçusu El Haci Diuf keçmiş komanda yoldaşları haqqında fikirlərini bölüşüb. Apasport.az saytının “The telegraph”a istinadən məlumatına görə, seneqallı hücumçu “qırmızılar”ın əfsanə futbolçusu Stiven Cerardı eqoistlikdə günahlandırıb.

 

“Stiven Cerard yaxşı futbolçudu, ancaq eqoistin biri idi. Onun üçün komandanın nəticəsindənsə, adının protokola düşüb-düşməməsi daha çox maraqlı olurdu. Ceymi Karragerə isə nifrət edirəm. O, komandada gördüyüm ən böyük “hinduşka” idi. Ancaq işəyaramaz hərəkətlər edirdi” – deyə qalmaqallı futbolçu bildirib.

 

Qeyd edək ki, onun bu açıqlamalarına Karrager tvitter üzərindən cavab verib. Təmkinin pozmayan keçmiş müdafiəçi belə yazıb: “Bu, keçən dəfə dediyi “eşşək”dən daha yaxşıdı”.