“Kəpəz” AZAL və “Zirə” ilə qarşılaşacaq
05.01.2017 - 16:25
“Kəpəz” AZAL və “Zirə” ilə qarşılaşacaq

Qış fasiləsində hazırlıqlarını ölkə daxilində keçirəcək “Kəpəz”in yoxlama oyunlarındakı rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Gəncə təmsilçisi Bakıdakı hazırlıq çərçivəsində 4 sınaq matçına çıxacaq.

 

Bu qarşılaşmalar iki gün ərzində baş tutacaq. “Sarı-göylər” yanvarın 17-də saat 11:00-da I divizion təmsilçisi MOİK, 15:00-da Premyer Liqanın autsayderi AZAL-la görüşəcək. Şahin Diniyevin yetirmələri iki gündən sonra daha iki görüşdə qüvvəsini sınayacaq. Saat 11:00-da “Qaradağ Lökbatan”ı sınağa çəkəcək gəncəlilər 15:00-da “Zirə” ilə oynayacaq. 

 

Sonuncu matç rəqibin meydançasında keçiriləcəksə, digər bütün oyunlar “Dalğa Arena”da baş tutacaq.

 

Qeyd edək ki, gəncəlilər eyni gündə keçirəcəyi matçlara iki fərqli heyətlə çıxacaq.