“Kəpəz” cəbhədəki vəziyyətlə bağlı legionerləri məlumatlandırdı - FOTO
05.04.2016 - 18:02
“Kəpəz” cəbhədəki vəziyyətlə bağlı legionerləri məlumatlandırdı - FOTO

“Kəpəz” Topaz Premyer Liqasının XXIX turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığına bu gündən başlayıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda məşqlərini Bakıda keçir.

 

Hazırlıq prosesindən öncə cəbhədə baş verən hadisələr nəticəsində şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Erməni qəsbkarlarının əməlləri pislənilib, ordumuzun döyüş meydanında düşmənə layiqli şəkildə cavab verməsi fəxr hissi ilə qeyd olunub.

 

Cəbhədəki son vəziyyətlə bağlı legioner futbolçulara ətraflı məlumat verilib.

 

Qeyd edək ki, "Qarabağ" - "Kəpəz" oyunu aprelin 8-də keçiriləcək.

0