“Kəpəz” gənclərə uduzdu
31.08.2016 - 21:10
“Kəpəz” gənclərə uduzdu

Dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilədən istifadə edən klublar yoxlama oyunları keçirilər. Apasport.az saytının məlumatına görə, “Kəpəz”də gücünü hazırlıq matçında sınayıb.

 

Gəncəlilər 21 yaşlılardan ibarət milli komandamızla görüşüb.

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer Adaları ilə oyuna hazırlaşan gənclər yığmamız Şahin Diniyevin yetirmələrini məğlub edib – 2:1.

 

Görüş Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.