"Barselona" qış transfer pəncərəsi bağlanmadan daha bir futbolçu ilə güclənməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, bu barədə komandanın baş məşqçisi Luis Enrike açıqlama verib.
İspaniyalı mütəxəssis ötən mövsümkü uğurların təkrarlanması üçün heyəti gücləndirməli olduqlarını bildirib: "Bazar ertəsi transfer pəncərəsi rəsmən bağlanacaq. Ona qədər klub prezidenti bizə daha bir sürpriz edə bilər. Ötən mövsümkü uğurları təkrarlaya bilməmiz üçün heyəti gücləndirməliyik. Məqsədimiz qələbələrə davam etməkdi".
Qeyd edək ki, "Barselona"nın "Vilyareal"dan Denis Suares, "Selta Viqo"dan isə Nolito ilə maraqlandığı iddia edilir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"