“Latsio” FİFA-ya şikayət etdi
12.07.2016 - 00:44
“Latsio” FİFA-ya şikayət etdi

“Latsio” Marselo Byelsanın klubda çalışmaqdan imtina etdiyi üçün FİFA-ya müraciət edib. Apasport.az saytının məlumatına görə, Roma klubu məşqçinin cəzalandırılmasını tələb edir.

 

İtaliya mətbuatının iddiasına əsasən, Byelsa özünün dediyi kimi transfer mövzusundakı anlaşmazlıq səbəbindən deyil, Argentina millisində vakant postu tutmaq üçün paytaxt klubu ilə əməkdaşlıqdan imtina edib.

 

Bu səbəbdən romalılar hətta Argentina Futbol Federasiyasına da ali futbol qurumu tərəfindən sanksiya qoyulmasını tələb edir.