“Lester” bombardirini itirə bilər
28.12.2015 - 00:32
“Lester”in hücumçusu Ceyms Vardi İngiltərə Premyer Liqasının növbəti turundakı “Mançester Siti” ilə oyunu buraxa bilər. Apasport.az saytının “SKYSport”a istinadən məlumatına görə, son turda zədələnən futbolçunun bir neçə oyunu buraxmaq təhlükəsi var.
Bu gün tibbi müayinədən keçəcək bombardirin son vəziyyəti məlum olacaq.
0
0