“Lester” paradoksu
19.10.2016 - 01:51
UEFA Çempionlar Liqasının III turunda öz meydanında “Kopnehagen”ə qalib gələn “Lester” maraqlı göstəriciyə imza atıb. Apasport.az saytının məlumatına görə, İngiltərə çempionu qitənin ən nüfuzlu klub turnirində məğlubiyyətsiz davam edir.
Maraqlıdı ki, ÇL-də 3 oyuna 9 xal toplayan “tülkülər” İngiltərə Premyer Liqasında keçirdiyi 8 oyunda aktivinə cəmi 8 xal yazmağa nail olub.
Qeyd edək ki, Klaudio Ranyerinin yetirmələri İPL-də turnir cədvəlində 13-cü, ÇL-də isə 1-ci yerdə qərarlaşıb.
0
0