“Liverpul”da 6 illik müqavilə
08.07.2016 - 14:20
“Liverpul”un baş məşqçisi Yurgen Kloppun fəaliyyəti klub rəhbərliyinin ürəyincə olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis “qırmızılar”la yeni müqavilə imzalayıb.
İlk mövsümündə İngiltərə təmsilçisini Avropa Liqasının finalına qədər daşıyan təcrübəli çalışdırıcı yeni 6 illik sazişə qol çəkib. Məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.
Qeyd edək ki, “Liverpul” ötən mövsüm İngiltərə Premyer Liqasını 8-ci pillədə başa vurub.
0
0