“Beşiktaş” Rayan Babel transferini yekunlaşdırmağa yaxındı. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Hollandiyalı oyunçuya artıq rəsmi təklif irəli sürülüb. “Deportivo”da çıxış edən və müqaviləsi ilin sonunda başa çatacaq 30 yaşlı hücumçu ilə illik maaş məsələsində anlaşmazlıq yoluna qoyulandan sonra 2 illik anlaşma imzalanacaq.
Belə ki, oyunçu özü illik 2 milyon avro tələb etsə də, “qara qartallar” 1.5 milyondan artıq ödəmək istəmirlər.
Qeyd edək ki, “Beşiktaş”dan başqa Çin klublarının da hədəfində olan oyunçu daha əvvəl “Liverpul”, “Ayaks”, “Kasımpaşa” kimi klublarda da çıxış edib.