“Lester”in hücumçusu Ceymi Vardi yenidən maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, ingilis oyunçu yayda baş tutmuş “Barselona” – “Lester” yoldaşlıq oyunu haqqında İspaniya mətbuatına danışıb.
Belə ki, 4:2 hesabı ilə katalonların xeyrinə başa çatan görüş haqqında danışarkən Vardi qeyd edib ki, Luis Suares ondan formasını istəyib: “Mən oyundan əvvəl bilirdim ki, bir neçə komanda yoldaşım “Barselona”lı həmkarlarımızdan forma istəməyi planlaşdırırlar. Ancaq mənim heç vaxt elə istəyim olmayıb. Həmin matçın fasiləsində isə Luis Suares mənə yaxınlaşdı və formamı istədi”.