“Mançester Siti” “Yuventus”la danışıqlara başladı
28.06.2015 - 00:01
“Mançester Siti” “Yuventus”un fransız futbolçusu Pol Poqba üçün hərəkətə keçib. Apasport.az saytının “The Telegraph”a istinadən məlumatına görə, artıq “şəhərlilər”in idman direktoru Çiqi Beqiristayn Turində futbolçunun agenti ilə görüşüb.
Bildirilir ki, əgər trəflər arasında razılıq olsa Poqba “Yuventus”da vergiləri çıxmaq şərti ilə illik 12 milyon avro qazanacaq.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2012-ci ildən “Yuventus”da çıxış edir. Bu müddətdə o, 89 oyunda meydana çıxıb və 20 qola imza atıb.
0
0