“Latsio”nun gənc futbolçusu Felipe Anderson gələn mövsümdən karyerasını İngiltərədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bunu Roma klubunun prezidenti Klaudio Lotito deyib.
Klub rəhbəri yerli mətbuata açıqlamasında 23 yaşlı yarımmüdafiəçinin yeni klubunun adını da açıqlayıb. O bildirib ki, Braziliya millisinin debütantı yayda “Mançester Yunayted”lə müqavilə imzalayacaq: “Üç il əvvəl Andersonu “Santos”dan 8 milyon avroya transfer etmişdim. Amma onu indi “Mançester Yunayted”ə 60 milyon avroya satdım. Anderson gələn mövsümdən İngiltərə klubunun formasını geyinəcək”.
Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edən Felipe Anderson ötən ildən Braziliya millisinə dəvət alır və yığmanın heyətində 1 oyun keçirib.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”