“Mançester Yunayted” finalda
27.01.2017 - 01:45
“Mançester Yunayted” finalda

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, “Liverpul” “Sauthempton”, “Mançester Yunayted” isə “Hall Siti” ilə qarşılaşıb.

 

İlk oyunda rəqibinə 0:1 hesabı ilə məğlub olan “Liverpul” bu dəfə də eyni hesabla yenilərək kubokla vidalaşıb.

 

“Mançester Yunayted” isə finala məğlubiyyətlə yüksəlib. Belə ki, ilk matçda “Hall Siti”ni 2:0 hesabıyla yenən Joze Mourinyonun komandası cavab qarşılaşmasında 1:2 hesablı məğlubiyyətə rəğmən həlledici matçda “müqəddəslər”ə rəqib olub.

 

Qeyd edək ki, “Mançester Yunayted” – “Sauthempton” finalı fevralın 26-da keçiriləcək.