“Mançester Yunayted” Neymardan əl çəkmir
04.01.2016 - 13:14
“Mançester Yunayted” Neymardan əl çəkmir

“Mançester Yunayted” klubu “Barselona”nın futbolçusu Neymarla danışıq aparır. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, “mankunianlar” braziliyalı hücumçunu transfer etməkdə israrlıdılar.

 

İngilislər bu günlərdə qarşı tərəfə yeni təkliflə müraciət ediblər. Belə ki, “Mançester Yunayted” rəhbərliyi Neymarın keçidinə 140 milyon avro xərcləməyə hazırdı. Əgər “sambaçı” “Barselona” ilə yeni müqavilə məsələsində razılığa gələ bilməsə, bu transferin baş tutmaq ehtimalı artacaq.

 

Qeyd edək ki, “Santos”un yetirməsi olan Neymar 2013-cü ildən “Barselona”nın formasını geyinir.