“Mançester Yunayted” qış “transfer pəncərəsi”ndə heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, “mankunianlar” “Latsio”nun yarımmüdafiəçisi Felipe Andersonla yaxından maraqlanırlar.
Premyer Liqa təmsilçisi bu keçidə görə 45 milyon avro xərcləməyə hazırdı. Hələlik qarşı tərəf “Mançester Yunayted”in təklifinə cavab verməyib. 22 yaşlı xavbek isə karyerasını İngiltərədə davam etdirməyə qarşı deyil.
Qeyd edək ki, braziliyalı futbolçu 2013-cü ildən “Latsio”nun formasını geyinir. O, paytaxt klubunun heyətində bu vaxta qədər 79 oyunda 17 dəfə fərqlənib.