“Mançester Yunayted”dən Rodrigesə təklif
30.12.2015 - 15:23
“Mançester Yunayted”dən Rodrigesə təklif

Madrid “Real”ının futbolçusu Hames Rodriges karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xəbər verir ki, kolumbiyalı yarımmüdafiəçi “Mançester Yunayted”in maraq dairəsinə düşüb.

 

İngilislər 24 yaşlı futbolçu ilə danışıqlara artıq start veriblər. Bu keçid “qalaktikos”a 59 milyon funt-sterlinq qazandıra bilər. Hələlik ispanlar qarşı tərəfin təklifinə cavab verməyiblər.

 

Qeyd edək ki, Rodriges 2014-cü ildən “Real”ın formasını geyinir. O, hazırkı komandasında 56 oyunda 20 qola imza atıb.