“Matç kənardan göründüyü qədər də asan keçmədi”
24.02.2016 - 11:33
“Matç kənardan göründüyü qədər də asan keçmədi”

“Qolları vaxtında vurduğumuza görə qələbə qazandıq. Böyükhesablı qalibiyyətə baxmayaraq, matç kənardan göründüyü qədər də asan keçmədi”. Apasport.az saytı xəbər verir ki, bunu Macarıstanın 17 yaşadək qızlardan ibarət futbol yığmasının baş məşqçisi Şumi Doroya deyib.

 

Dünən millimizlə yoxlama görüşündə 3:0 hesablı qələbə qazanan macarların çalışdırıcısı oyunla bağlı fikirlərini bölüşüb.

 

Doroya yığmamızın zəif və güclü cəhətləri barədə ikinci oyundan sonra danışacağını bildirib: “Bu rəqiblə daha bir oyunumuz var. Azərbaycan yığması haqda ətraflı danışmaq istəmirəm. Artıq zəif və güclü cəhətlərini bilirik. Amma onları indi açıqlamayacağam. Bu haqda ikinci görüşdən sonra danışmaq olar”.