“Mən belə hərəkət etsəm, oğlumun üzünə baxa bilməzdim”
04.06.2017 - 21:27
“Mən belə hərəkət etsəm, oğlumun üzünə baxa bilməzdim”

İngiltərə millisinin sabiq müdafiəçisi Rio Ferdinand “Real”ın kapitanı Serxio Ramosu tənqid edib. Apasport.az saytının məlumatına görə, vaxtilə “Mançester Yunayted”in şərəfini qorumuş Ferdinand, Ramosun Çempionlar Liqasının “Yuventus”a qarşı final oyununda Turin təmsilçisinin yarımmüdafiəçisi Xuan Kuadradonun qırmızı vərəqə almasına səbəb olduğu epizod barədə danışıb.

 

O, İngiltərə mətbuatına açıqlamasında Ramosun etdiyi bu hərəkətə görə utanmalı olduğunu deyib: “Ramos utanmalıdı! Növbəti gün etdiyi hərəkəti görəndə utanacaq. Əgər mənim oğlum belə hərəkət etdiyimi görsə, onun üzünə baxa bilməzdim. Ramos dünya səviyyəli müdafiəçidi. Belə hərəkətlər etməsinə ehtiyac yox idi”.

 

Qeyd edək ki, Ramos final oyununun 83-cü dəqiqəsində, komandası hesabda 3:1 öndə olan zaman Kuadradonun kiçik toxunuşundan sonra özünü yerə ataraq, kolumbiyalı futbolçunun qırmızı vərəqə almasına səbəb olmuşdu. Oyun isə “Real”ın 4:1 hesablı qələbəsiylə nəticələnmişdi.