[b]“Məni dünyanın ən xoşbəxt qadını etmişdi” [/b]
02.12.2016 - 11:27
[b]“Məni dünyanın ən xoşbəxt qadını etmişdi”  [/b]

“Sevdiyin insanı itirmək sözlə ifadə olunmayan acıdı”. Apasport.az saytının məlumatına görə, bu sözlər təyyarə qəzasında dünyasını dəyişən Filipe Maçadonun həyat yoldaşı Aline Maçadoya məxsusdu.

 

Braziliyanın “Şapekoense” klubunun bu həftə uğradığı təyyarə qəzasında dünyasını dəyişənlərdən biri Azərbaycan çempionatında çıxış etmiş, “İnter”in sabiq müdafiəçisi Filipe Maçado olub.

 

32 yaşlı futbolçunun ölümü daha çox həyat yoldaşına təsir edib. Bununla bağlı sosial şəbəkədə status paylaşan Aline Maçado kədərini ifadə edib: “Mənim üçün çox ağırdı. Düşünürdük ki, bir yerdə qocalacağıq. Məni dünyanın ən xoşbəxt qadını etmişdi, çox sevirdi. Bundan sonra həyat mənim üçün əvvəlki kimi olmayacaq. Tanrıya inanıram ki, nə vaxtsa yenidən görüşəcəyik və xoşbəxt olacağıq. Səni ilk gördüyüm andan sevirəm. Bundan sonra isə ruhunu sevəcəm. O, mənə son şəklini təyyarədən göndərib”.

 

Filipe və Alinenin bir qızı var.

 

Qeyd edək ki, bədbəxt hadisə “Şapekoense”nin Sudamerikana Kubokunun “Atletiko Nasional”la final qarşılaşması üçün Kolumbiyaya səfəri zamanı yaşanıb. Komandanı aparan “hava gəmisi” Braziliyadan Boliviyaya, ordan isə Kolumbiyaya getməli olub. Lakin Medellin Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.