“Milan” azarkeşlərinə şad xəbər
14.12.2016 - 21:35
“Milan”ın futbolçusu Karlos Bakka zədədən qayıdıb. Apasport.az saytının məlumatına görə, bu barədə “SKY Sport İtalia” xəbər yayıb.
Bildirilib ki, kolumbiyalı hücumçu 3 oyunluq fasilədən sonra artıq komanda ilə ümumi məşqlərə başlayıb. Bu isə onun “Atalanta” ilə matçda meydana çıxa biləcəyi deməkdir.
Qeyd edək ki, belindən zədələnən Bakka “Empoli” (4:1), “Krotone” (2:1) və “Roma” (0:1) ilə oyunlarda meydana çıxmayıb.
0
0