“Milan”ın futbolçusu “Arsenal”ın hədəfində
05.12.2016 - 18:56
“Milan”ın hücumçusu Karlos Bakka karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, onunla “Arsenal” yaxından maraqlanır.
“Topçular” bu keçidin baş tutması üçün 24 milyon avro xərcləməyə hazırdılar. “Milan” rəhbərliyinin kolumbiyalı forvardla bağlı hansı qərarı verəcəyi maraq doğurur.
Qeyd edək ki, “Milan”a 2015-ci ildə “Sevilya”dan transfer olunan Bakka “rossonyerlər”in heyətində bu vaxta qədər 56 oyunda 26 qola imza atıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0