“Monako”nun futbolçusu ilkə imza atdı
12.04.2017 - 22:17
“Monako”nun futbolçusu ilkə imza atdı

“Monako”nun futbolçusu Kilian Mbappe ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, 19 yaşlı futbolçu ÇL-nin 1/4 final mərhələsinin ilk oyununda “Borussiya”ya qarşı matçda 2 dəfə fərqlənərək, qitənin ən nüfuzlu klub turnirinin pley-of mərhələsində 4 qol vuran ən gənc oyunçu olub.

 

O, daha əvvəl 1/8 final mərhələsinin “Mançester Siti” ilə hər iki oyununda bir dəfə fərqlənmişdi.

 

Qeyd edək ki, Fransa millisinin də formasını geyinən Mbappe 2015-ci ildən “Monako”nun əsas komandasında çıxış edir.