İtaliya A seriyasının 35-ci turunun "Roma" - "Napoli" oyununa qonaq komandanın azarkeşləri buraxılmayacaq. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İtaliya Futbol Federasiyasının saytı yayıb.
Federasiya bu addımı azarkeşlərin təhlükəsizliyi üçün atıb.
Belə ki, "Roma" və "Napoli" azarkeşləri arasında münasibətlər yaxşı olmadığından, federasiya rəsmiləri neapollu azarkeşlərin oyuna buraxılmamasını daha məqbul sayıb.
2014-cü ildə, İtaliya kubokunun "Napoli" və "Fiorentina" arasında Romada baş tutmuş final oyununda yerli azarkeşlərlə neapollu fanatlar arasında insident yaşanmış, nəticədə bir neapollu azarkeş həyatını itirmişdi.
Qeyd edək ki, bu oyunda cəza səbəbindən “mavilər”in argentinalı hücumçusu Qonzalo İquayn və baş məşqçi Maurisio Sarri də iştirak etməyəcək.