“Neftçi” – “İnter” oyununun hakimləri müəyyənləşdi
19.03.2014 - 12:21
“Neftçi” – “İnter” oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu gün baş tutacaq qarşılaşmalardan 3-də 6, “Xəzər Lənkəran” – “Araz-Naxçıvan” oyununa isə 4 ədalət təmsilçisi təyinat alıb. Paytaxtdan kənarda baş tutacaq yeganə görüşdə əlavə köməkçi hakimlərə ehtiyac olmayıb.

 

Günün daha çox maraq kəsb edən oyunları FİFA referilərinə həvalə edilib. Belə ki, “Neftçi” – “İnter” qarşılaşması Əliyar Ağayevə, “Qarabağ” – “Qəbələ” matçı isə Rəhim Həsənova tapşırılıb.

 

19 mart ( çərşənbə)

 

14:00. “Bakı” – “Rəvan”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Ramiz Məhərrəmov 
Əlavə köməkçi hakimlər:  Ramil Diniyev, Alik Yunusov 
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

16:00. “Xəzər Lənkəran” – “Araz Naxçıvan”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Teymur Fərhadov 
“Xəzər Lənkəran”mərkəzi şəhər stadionu

 

17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Rza Məmmədov, Mahir Məmmədov 
Əlavə köməkçi hakimlər:  Ramil Əhmədov, Vüsal Əliyev 
Tofiq Bəhramov adına Respublika stadionu

 

19:00. “Neftçi” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fariz Yusifov 
Əlavə köməkçi hakimlər:  Ömər Paşayev, İnqilab Məmmədov 
“Bakcell Arena” stadionu

 

Mənbə: pfl.az

0