“Neftçi” – “Mladost” oyununda türkiyəli hakimlər
29.06.2015 - 08:52
“Neftçi” – “Mladost” (Monteneqro) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının I təsnifat mərhələsinin Bakıda baş tutacaq qarşılaşmasını türkiyəli hakimlər idarə edəcək.
İyulun 2-də “Bakcell Arena”da keçiriləcək matçın baş hakimi Ali Palabıyık olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyun
2 iyul
21:00. Neftçi” (Azərbaycan) – “Mladost” (Monteneqro)
Baş hakim: Ali Palabıyık
Baş hakimin köməkçiləri: Cem Satman, Ceyhun Sesigüzel
Dördüncü hakim: Hakan Ceylan (hamısı Türkiyə)
Hakim-inspektor: Levan Paniashvili (Gürcüstan)
Bakı. “Baksell Arena”
0
0