[b]“Neftçi” – AZAL oyununun yeri dəyişdirildi[/b]
16.12.2016 - 18:04
Topaz Premyer Liqasının XIV turunun “Neftçi” – AZAL oyununun məkanı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, 8-ci km qəsəbə stadionunda deyil, “Dalğa Arena”da reallaşacaq.
Buna səbəb stadionun ot örtüyünün yağan qar səbəbindən yararsız hala düşməsidir.
Bu üzdən də Peşəkar Futbol Liqası “Neftçi” klubunun xahişinə əsasən matçın “Dalğa Arena”da keçirilməsinə razılıq verib.
Qarşılaşma sabah saat 16:00-da “Dalğa Arena”da start götürəcək.
0
0