“Neftçi” üçün “Qarabağ” nümunəsi
09.07.2016 - 16:53
“Neftçi” üçün “Qarabağ” nümunəsi

Avrokuboklar tarixində 5-ci dəfə Azərbaycan və Makedoniya klubları üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində görüşəcək “Neftçi” və “Şkendiya”ya qədər 4 dəfə iki ölkə klublarının dueli yaşanıb.

 

Bunlardan yalnız birincisində - “Kəpəz” büdrəyib. Evdə buraxdığı qola görə mübarizəni dayandıran gəncəlilərdən fərqli, digər üç halda təmsilçimiz mərhələ keçib.

 

“İnter” buna səfər qolu ilə nail olub. “Qarabağ”la “Metallurq” arasında baş tutan iki dueldə isə ağdamlılar çətinliklə üzləşməyib.

 

1999/2000, Çempionlar Liqası

“Sloqa Yuqomaqnat” (Makedoniya) – “Kəpəz” – 1:0, 1:2

2008/2009, Çempionlar liqası

“İnter” – “Rabotniçki” (Makedoniya) – 0:0, 1:1

2010/11, Avropa Liqası

“Qarabağ” – “Metalurq” (Makedoniya) – 4:1, 1:1

2013/14, Avropa Liqası

“Metallurq” (Skopye, Makedoniya) – “Qarabağ” – 0:1, 0:1