[b]“Neftçi”də baş məşqçi dəyişikliyi[/b]
07.03.2016 - 15:22
[b]“Neftçi”də baş məşqçi dəyişikliyi[/b]

“Neftçi”nin əsas və əvəzedici komandalarının məşqçi heyətində dəyişikliklər edilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunadək əvəzedicilərin baş məşqçisi vəzifəsini icra etmiş Tofiq Mustafayev əsas komandada köməkçi məşqçi vəzifəsinə təyin olunub.

 

Əvəzedici komandanın baş məşqçi vəzifəsi isə əvvəllər də burada çalışan Samir Əliyevə tapşırılıb. İstefa verən Əsgər Abdullayevin digər köməkçisi Səttar Əliyev əvəzedicilərlə çalışacaq. O, həmsoyadının köməkçisi funksiyasını yerinə yetirəcək.