“Neftçi”də əvəzedilməz futbolçu yoxdur”
08.10.2014 - 15:03
“Neftçi”də əvəzedilməz futbolçu yoxdur”

“Bruno Bertuççi mənə yaxınlaşaraq klubdan ayrılmaq istəməsi ilə bağlı fikrini bildirdi. Daha sonra bu barədə klub rəhbərliyinə müraciət etdi və qarşılıqlı razılaşma əsasında klubdan ayrıldı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

Klubun rəsmi saytına açıqlama verən mütəxəssis braziliyalı futbolçu Bruno Bertuççinin klubdan ayrılmasına münasibət bildirib: “Bertuççi “Neftçi” ilə bərabər bir sıra uğurların qazanılmasında pay sahibi olub. Ölkə kubokunu və çempionluğu qazanıb. Avropa Liqasının qrup mərhələsində çıxış edib. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Bununla belə bizim komandamızda əvəzedilməz futbolçu yoxdur. Hazırda həmin mövqe uğrunda bir neçə yerli futbolçu rəqabət aparır. Məqsədimiz də odur ki, əsas heyətdəki yerli futbolçuların sayını artıraq və milli komandalarımıza daha güclü futbolçular yetişdirək."

 

0