“Neftçi”nin legionerləri komandaya qoşuldular
16.06.2014 - 16:47
Türkiyənin Bolu şəhərində yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” bu gündən etibarən tam heyətlə məşq edir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, məşqçilər korpusundan icazəli 5 futbolçu - Flavio Aleks Valensio, Karlos Kardoso, Elvin Yunuszadə, Bruno Bertuççi və Ernest Nfor hazırlığa bu gün qoşulublar.
Qeyd edək ki, “Neftçi” sabah yoxlama oyunu keçirəcək. Bakı vaxtı ilə saat 18:30-da başlayacaq oyunda rəqib Gürcüstanın “Çixura” klubu olacaq.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0