“Neftçi”nin keçmiş üzvü Bruno Bertuççi karyerasını Rusiyada davam etdirə bilər. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, braziliyalı müdafiəçi II liqa təmsilçisi “Qazovik”ə baxışa cəlb olunub.
26 yaşlı “sambaçı” baxışdan uğurla keçəcəyi halda, Orenburq təmsilçisi ilə müqavilə imzalayacaq. Bertuççi Kiprdə toplanışda olan “Qazovik”in “Spartak-2” ilə keçirdiyi yoxlama görüşündə iştirak edib. O, əsas heyətdə yer almasa da, ikinci hissədə meydana daxil olub.
Qeyd edək ki, 2009-cu ildə “Korintians”ın heyətində Braziliya Kubokunun qalibi olan Bertuççi 2012-2014-cü illərdə “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”ın heyətində 1 dəfə Azərbaycan çempionu, 2 dəfə isə Azərbaycan Kubokunun qalibi adını qazanıb.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"