“Palermo” klubu növbəti dəfə baş məşqçisini istefaya göndərməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, A seriyasında işləri qaydasında getməyən klub Cüzeppe Yakini ilə yollarını ayıracaq.
Buna səbəb 51 yaşlı mütəxəssisin bugünkü məşqə çıxmaması olub. Bu üzdən də rəhbərliyin yaxın 1-2 gündə onu yola salması gözlənilir. Əgər gümanlar özünü doğrultsa, Yakini cari mövsümdə “Palermo”da istefaya göndərilən 7-ci baş məşqçi olacaq.
Doğrudu, komanda mövsümə məhz Yakini ilə start götürmüşdü. Lakin məşqçi ötən ilin noyabrında vəzifəsindən ayrılmışdı. Ondan sonra növbə ilə David Ballardini, Fabio Viviani, Barros Şelotto, Covanni Tedesko və Covanni Bosi komandanın “sükanı arxası”na gətirilib. Fevralda yenidən baş məşqçi təyin edilən Yakininin budəfəki erası 3 oyunluq olub.
Qeyd edək ki, “Palermo” 28 turdan sonra turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib