Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Panatinaikos” - “Qəbələ” matçının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA Afinadakı görüşdə kimin fərqli komponentlərdə üstün olduğunu müəyyənləşdirib.
Səfərdə 0:1 hesablı məğlubiyyətə razılaşan “qırmızı-qaralar” bütün göstəricilərdə rəqibindən geri qalıb.
Meydan sahibləri qapı istiqamətində daha çox – 20 zərbə endirib. “Panatinaikos”un 20 zərbəsindən 7-i çərçivəyə düşüb. Daha 7 zərbə qapıdan aralı gedibsə, 6 epizodda müdafiəçilərimiz topun qarşısında sipər olublar.
“Qəbələ” ofsayd sayından rəqibini qabaqlasa da, kornerlərdə uduzub.
Roman Qriqorçukun yetirmələri daha çox qayda pozuntusuna yol verib və yeganə sarı vərəqəni passivlərinə yazdırıblar.
|
“Panatianikos” |
|
“Qəbələ” |
|
1 |
Qollar |
0 |
|
20 |
Zərbələr |
3 |
|
7 |
Çərçivəyə |
1 |
|
7 |
Çərçivəyə düşməyən |
0 |
|
6 |
Dəf olunan |
2 |
|
9 |
Künc zərbələri |
6 |
|
0 |
Oyundan kənar vəziyyət |
2 |
|
13 |
Qayda pozuntusu |
15 |
|
0 |
Sarı vərəqə |
1 |
|
0 |
Qırmızı vərəqə |
0 |
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı