“Podolski milli komandaya layiq deyil”
17.03.2016 - 00:20
Almaniya futbolunun əfsanələrindən olan Lotar Matteus Lukas Podolskini kəskin tənqid edib. Apasport.az saytının məlumatına görə, milli komandanın baş məşqçisi Yoahim Lövə məsləhət verən Matteus Podolskinin milliyə layiq olmadığını deyib.
“Düşünürəm ki, Podolski milli komandaya layiq deyil. Əvvəl daha çevik və daha təravətli oynayırdı, indi isə sanki yorulub. Onun əvəzinə gənc oyunçuları dəvət etmək olar” – deyə Matteus bildirib.
Qeyd edək ki, hazırda İstnabulun “Qalatasaray” klubunda çıxış edən Poldi milli komanda ilə 125 oyunda meydana çıxıb və 48 qol vurub.
0
0