Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın yarımmüdafiəçisi Pol Poqba barədə danışıb. Apasport.az saytının məlumatına görə, Deşam yerli mətbuata açıqlamasında Poqbanın qarşısına bombardir olmağı hədəf qoymadıqlarını deyib.
“Pol bombardir olmağa məcbur deyil. Biz onun qarşısına belə məqsəd qoymamışıq. Bilirəm ki, Poqba qol vurmağı sevir, ancaq ondan bunu gözləmirdik. Pola milliyə yüksək səviyyədə xidmət etdiyinə görə təşəkkür edirəm. O, milliyə çox böyük xeyir verir” – deyə təcrübəli mütəxəssis bildirib.
Xatırladaq ki, Poqba DÇ-2018-in seçmə mərhələsinin Fransa - İsveç oyununda (2:1) komandasının qələbəsinə bir qolla töhfə verib.