Türkiyə Kubokunda ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində “Sivasspor”la qarşılaşan “Qalatasaray” məğlub olmasına baxmayaraq, həlledici matçda iştirak etmək hüququ qazanıb.
İlk qarşılaşmada 4:1 hesablı qələbə qazanan “cim-bom” Sivasın “4 Eylül” stadionunda minimal hesabla uduzub – 1:2. Batuhan Qaradənizin 4 dəqiqə (69, 73) ərzində dublu ilə ümidlənən “Sivasspor”a daha bir qol lazım idi. Lakin bütünlüklə irəli atılan meydan sahiblərini 84-cü dəqiqədə Əmrə Çolak cəzalandırıb və bununla da “Qalatasaray” tarixində 21-ci dəfə Türkiyə Kubokunun finalına vəsiqə qazanıb.
Digər yarımfinal cütlüyündə isə “Fənərbaxça” ilə “Bursaspor” sabah cavab matçına çıxacaqlar. İlk görüşdə 2:1 hesablı qələbə qazanan “Fənərbaxça” bu dəfə doğma divarlar arasında oynayacaq.