“Qalatasaray”dan qovuldu, Almaniyada ən yaxşı oldu
14.02.2017 - 00:33
Hamit Altıntop Almaniya Bundesliqasında həftənin ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, o, azarkeşlərin səsverməsi nəticəsində bu ada yiyələnib.
Çikarito, Qoretzka və Nikolay Müllerlə yarışan Altıntop ümumi respondentlərin 38%-nin səsini toplayıb.
33 faiz səs yığan Çikarito ikinci, müvafiq olaraq 16 və 13 faizlə Qoretzka və Müller 3 və 4-cü yerləri tutublar.
Qeyd edək ki, Hamit Altıntop uzunmüddətli zədələr səbəbindən “Qalatasaray”dan göndərilmişdi.
0
0