“Qalatasaray”ın futbolçusu Bundesliqaya qayıda bilər
31.01.2017 - 19:33
“Qalatasaray”ın futbolçusu Hamit Altıntop karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Bildirilib ki, milli komandanın keçmiş üzvü “Darmştadt”la anlaşacaq. 34 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi, bundan dərhal sonra isə rəsmi müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, bir zamanlar "Real", "Bavariya" və "Şalke"də çıxış etmiş Altıntopun xidmətində Türkiyənin “Göztəpə” və “Rizəspor” klubları maraqlı idi.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU
0
0