“Qalatasaray”ın futbolçusu qərarını verdi
28.01.2016 - 15:46
“Qalatasaray”ın futbolçusu qərarını verdi

“Qalatasaray”ın hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyderin klubdakı taleyinə aydınlıq gəlib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı futbolçu hazırkı komandasından ayrılmamağa qərar verib.

 

Bu barədə məlumatı Sneyderin agenti Qvido Albers açıqlayıb. O bildirib ki, Uesli karyerasını “Qalatasaray”da davam etdirmək istəyir: “Sneyderi İstanbulda hər şey qane edir. “Qalatasaray” rəhbərliyi ona gələn təkliflərdən məlumatsızdı. UEFA-nın “Qalatasaray”la bağlı qərarı neqativ olsa belə, Sneyder komandadan ayrılmayacaq”.

 

Qeyd edək ki, Sneyderin adı son günlər transfer sahəsində fəallıq göstərən Çin klubları ilə birgə hallanır.