“Qalatasaray”ın oyunçusu Bundesliqa yolunda
04.01.2016 - 00:18
“Qalatasaray”ın oyunçusu Bundesliqa yolunda

Mövsümün əvvəlində “Borussiya”dan “Qalatasaray”a keçən, ancaq bürokratik səbəblərdən ilk yarıda debütü heç cür alınmayan Kevin Qrosskoroyts Almaniyaya dönür. Apasport.az sayıtnın məlumatına görə, bu barədə müdafiəçinin yeni klubu “Ştutqart” məlumat yayıb.

 

Verilən açıqlamada qeyd olunur ki, cinah müdafiəçisi Türkiyəyə uyğunlaşa bilmədiyi üçün vətəninə geri dönmək istəyir. Artıq o, “Ştutqart” üçün tibbi müayinədən də keçib. Rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı gözlənilir.