“Qalatasaray”lı oyunçudan şad xəbər
06.10.2016 - 20:16
DÇ-2018-in seçmə mərhələsində Belarusla qarşılaşacaq Hollandiya millisinin azarkeşlərinə şad xəbər verilib. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Danni Blind “goal.com” portalında açıqlamasında ulduz oyunçu Uesli Sneyderin bu matçda meydana çıxacağını bildirib.
Qeyd edək ki, “Qalatasaray”ın heyətində Türkiyə Super Liqasında “Antalyaspor”la oyunda zədələnərək görüşü yarımçıq tərk edən Sneyder zədəli olsa da, millinin düşərgəsinə dəvət edilmişdi.
İki komanda arasında qarşılaşma sabah baş tutacaq.
0
0