[b]“Qarabağ”: 1 saat 40 dəqiqəlik hazırlıq - FOTO[/b]
09.01.2017 - 14:23
[b]“Qarabağ”: 1 saat 40 dəqiqəlik hazırlıq - FOTO[/b]

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda dünəni bir məşqlə başa vurub.

 

Bu gün isə ağdamlılar Bakı vaxtı ilə saat 12:00-da növbəti hazırlığını reallaşdırıb. Məşq təxminən 1 saat 40 dəqiqə davam edib və əsasən fiziki çalışmalara üstünlük verilib.

 

Günün ikinci məşqi isə axşam yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürəcək.