“Qarabağ”ı məyus edən futbolçu sıradan çıxdı
30.09.2015 - 19:36
“Tottenhem”in koreyalı futbolçusu Son Xın Min zədələnib. Apasport.az saytının məlumatına görə, hücumçu İngiltərə Premyer Liqasında “Mançester Siti” ilə oyunda sıradan çıxıb.
Hələlik onun zədəsinin nə vəziyyətdə olduğu və nə qədər çəkəcəyi bilinmir.
Qeyd edək ki, “Tottenhem” UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda mübarizə aparır və Son Xın Min qrup mərhələsinin ilk oyununda təmsilçimizi iki qolla məyus etmişdi.
0
0