“Qəbələ”nin əvəzedici komandası 2015-2016 mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yanvarın 16-dan Türkiyədə olan “qırmızı-qaralar” təlim-məşq toplanışını Antalyada gerçəkləşdirir.
Komanda “Papillon Belvil Hotel”də məskunlaşıb. Hazırlıq çərçivəsində bir neçə yoxlama oyunu keçirməyi planlaşdıran Ramin Quliyevin yetirmələri ilk sınağına bu gün çıxacaq. Əvəzedicilər Almaniya təmsilçisi “Ayntraxt”ın (Frankfurt) gənclərdən ibarət komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyun “La Atlantis Hotel Gündoğdu”nun meydanında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayev hazırda “Ayntraxt”ın əsas komandasında çıxış edir.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu